Ukrayna dronu Rusiyanın Mi-8 helikopterini vurub

Baş səhifə

Rusiyanın Mi-8 helikopteri Ukraynaya məxsus FPV pilotsuz uçan aparat tərəfindən vurulub.

APA xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Hadisə zamanı yanan helikopter yerə enməyi bacarıb. Helikopterin yaxınlığında Ka-52 hərbi helikopterinin olduğu qeyd olunur.

Ekipajın sağ olduğu bildirilir.