İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanları həlledici rol oynamalıdırlar – Baş prokuror

Baş səhifə

Bakı. Trend:

İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanları
həlledici rol oynamalıdırlar.

Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq
konfransda çıxışında bildirib.

Kamran Əliyevin sözlərinə görə, ətraf mühitin mühafizəsi və
ekoloji cinayətlərə qarşı mübarizə məsələləri transmilli xarakter
daşıyır və birgə səylər tələb edir.




“Azərbaycan davamlı olaraq hüquq-mühafizə orqanlarının iqlim
gündəliyinə cəlb olunması mövzusunu beynəlxalq səviyyəyə çıxarır.
Xüsusilə, COP29 çərçivəsində Bakı şəhərində Birləşmiş Millətlər
Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və BƏƏ
Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda yüksək səviyyəli sessiya
təşkil olunub və sessiyanın yekununda Bakı Fəaliyyətə Çağırış
Bəyannaməsi qəbul olunub”,- deyə Baş prokuror bildirib.

O vurğulayıb ki, Bakıda başlanan birgə səylər bu gün də davam
edir və yaxın gələcəkdə Azərbaycan COP30 çərçivəsində Braziliyada
keçiriləcək tədbirdə öz təcrübəsini bölüşəcək.