BMT rəsmisi dünya ölkələrini iqlim dəyişikliyi ilə bərabər mübarizə aparmağa çağırıb

Baş səhifə
COP29

  • 29 sentyabr, 2025
  • 10:47
BMT rəsmisi dünya ölkələrini iqlim dəyişikliyi ilə bərabər mübarizə aparmağa çağırıb

Bütün ölkələr iqlim dəyişikliyi ilə bərabər şəkildə mübarizə aparmalıdırlar.

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin xüsusi nümayəndəsi Damilola Oqunbiyi Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi prosesi çox sürətlə gedir:

“Bu problemə qarşı tədbirləri təkmilləşdirməliyik. Bakıda keçiriIən COP29 iqlim dəyişikliyi və energetika baxımından önəmli tədbir idi. Təkcə inkişaf etməkdə olan ölkələr deyil, digər ölkələr üçün də bu mühüm idi”.

O vurğulayıb ki, qlobal baxımından dünyanı gözləyən təhlükənin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşdirilmə mexanizmləri üzərində danışıqlar aparılmalıdır:

“Bu, COP30-da davam edəcək və bizim əsas çağırışlarımızdandır. Alternativ enerji mənbələri tapılmalıdır. Nə qədər geciksə, o qədər çox insan itirəcəyik, həm də inkişaf edə bilmərik”.

BMT rəsmisi tez bir zamanda qlobal tədbirlərin həyata keçirilməsinin önəminə diqqət çəkib.