ABŞ-nin Texas ştatının Harris dairəsində yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
“Report”un məlumatına görə, bu barədə “ABC 13” telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.
“Harris dairəsinin şimal-qərbində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub”, – materialda deyilir.
Dəqiqləşdirilib ki, 1972-ci ildə istehsal olunan iki mühərrikli “Cessna 340” təyyarəsi hava limanından qalxaraq Labboka gedirmiş. Uçuş zamanı texniki nasazlıq yaranıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

