Bakı. Trend:
Şimali Karolina ştatının Sautport şəhərində baş verən atışma
nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Trend xəbər verir
ki, bu barədə “ABC News” şəhər administrasiyasının sözçüsü Çiyen
Ketçuma istinadən məlumat yayıb.
Sözçünün bildirdiyinə görə, atışma “Southport Yacht Club”
yaxınlığında baş verib. Qayıqda olan naməlum silahlı şəxs “American
Fish Company”nin açıq barına atəş açaraq hadisə yerindən qaçıb.
Atıcının motivi hələ müəyyənləşdirilməyib.
Şəhər rəhbərliyi sentyabrın 27-də axşam Facebook səhifəsində
sakinlərə “aktiv atıcı” barədə xəbərdarlıq edib və onları ərazidən
uzaq durmağa və mümkün olduqda evdə qalmağa çağırıb.

