Bakı. Trend:
Meksika və ABŞ qeyri-qanuni silah ticarəti ilə mübarizədə
əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Trend xəbər verir
ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, Meksika Təhlükəsizlik Şurasının üzvləri MakAllen
şəhərində ABŞ hökumətinin nümayəndələri ilə birgə iclas
keçiriblər.
“Bu mexanizmin məqsədi iki ölkə arasında razılaşdırılmış
sərhədlərin qorunması və hüquq-mühafizə orqanları üzrə əməkdaşlıq
proqramı çərçivəsində birgə tədbirlərin icrasına nəzarət etməkdir”,
– bəyanatda qeyd olunub.
Görüş zamanı tərəflər qeyri-qanuni silah alverinin qarşısının
alınması və koordinasiyanın gücləndirilməsi məqsədilə “Mission
Cortafuegos” təşəbbüsünün işə salındığını elan ediblər.

