ABŞ hələ də İranın nüvə sazişi üzrə razılaşmalara ümid edir

Baş səhifə

Bakı. Trend:

Vaşinqton hələ də İranın nüvə proqramı ilə bağlı Tehranla
razılığa gəlməyə ümid edir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun
açıqlamasında bildirilib.




O qeyd edib ki, BMT-nin İrana qarşı sanksiyaları ABŞ-nin şərq
sahilləri vaxtı ilə saat 20:00-da bərpa edilib. (28 sentyabr, Bakı
vaxtı ilə saat 4:00-da).

“Prezident [Donald] Tramp açıq şəkildə bildirib ki, diplomatiya
bir seçim olaraq qalır – razılaşma həm İran xalqı, həm də dünya
üçün ən yaxşı nəticə olaraq qalır. Bunun baş verməsi üçün İran
düzgün, vaxt itirmədən və yayındırmadan aparılan birbaşa
danışıqlara razılıq verməlidir”, – deyə o bildirib.