Messinin çıxış etdiyi “İnter Mayami”nin üç oyunluq seriyası başa çatıb

Baş səhifə

Bakı. Trend:

MLS çərçivəsində “Toronto” futbol klubu öz meydanında Lionel
Messinin çıxış etdiyi “İnter Mayami” komandasını sınağa çəkib.

Trend-in
məlumatına görə, “BMO Field” stadionunda baş tutan görüş 1:1 hesabı
ilə başa çatıb. Qonaqların yeganə qolunu Jordi Albanın ötürməsindən
sonra Tadeo Allende vurub.




Bu nəticə ilə “İnter Mayami”nin üç oyunluq qələbə seriyası
dayanıb. “Toronto” isə ardıcıl yeddinci dəfə bərabərliklə
kifayətlənib.