Rumıniyaya NATO təlimlərində iştirak üçün Fransanın 2,4 min nəfər hərbçisi gedəcək

Baş səhifə
Rumıniyaya NATO təlimlərində iştirak üçün Fransanın 2,4 min nəfər hərbçisi gedəcək

NATO-nun “Dacian Fall – 2025” (“Dakiya payızı-2025”) təlimlərində iştirak etmək üçün Rumıniyaya sentyabrın 30-dək 2,4 min nəfər Fransa hərbçisi gedəcək.

“Report” xəbər verir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“NATO-nun Çinku hərbi qrupunun tərkibinə daxil olan hərbi qruplardan başqa, təlimlərdə iştirak edəcək 2 400 Fransız hərbçisi bu gündən sentyabrın 30-dək Curcu və Vama-Veke sərhəd məntəqələri vasitəsilə ölkəyə daxil olacaq”, – hərbi qurumun feysbukda yaydığı məlumatda bildirilir. Məlumata görə, təlimlər oktyabrın 20-dən noyabrın 13-dək Çinku, Smırdan, Kapu-Midiya, Babadaqe, Boqate, Alba-Yuliya, Xan-Konaki, Jarmat və Kırçişoarda təlim poliqonlarında keçiriləcək.

“Dacian Fall -2025″də ümumilikdə 5 min hərbçi, Belçika, Bolqarıstan, İtaliya, Lüksemburq, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və Fransadan 1,2 min hərbi texnika ilə iştirak edəcək. Təlimlər Rumıniya və Bolqarıstan ərazilərində keçiriləcək.