
Hacıqabulun Udullu kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, hərəkətdə olan minik avtomobilin aşması nəticəsində Sabirabad rayon sakinləri – Ağayev Daşqın Hafiz oğlu, 1977-ci il təvəllüdlü Paşayev Cəlal Vilayət oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Afət Əlisadıq qızı,1968-ci il təvəllüdlü Əliyeva Təranə Həsənağa qızı və 2003-cü il təvəllüdlü Paşayev Əmralı Cəlal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralananlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

