Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın baş naziri
Pedro Sançeslə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin
mətbuat xidməti bildirib.
Bildirilib ki, danışıq zamanı Ərdoğan və Sançes Türkiyə ilə
İspaniya arasında ikitərəfli münasibətləri, regional və qlobal
məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Baş
Assambleyasının 80-ci sessiyasında Fələstində iki dövlətli həll
yoluna nail olmaq üçün mühüm addımlar atıldığını qeyd edib.
O qeyd edib ki, Türkiyə İsrailin Qəzzaya hücumlarını dayandırmaq
və Qəzzaya humanitar yardımın maneəsiz axınını təmin etmək üçün
səylərini davam etdirəcək.
Ərdoğan Baş nazir Sançesin Sumud humanitar donanmasına
göstərdiyi diqqətdən məmnunluğunu ifadə edərək, Türkiyənin
vəziyyəti çox diqqətlə izlədiyini bildirib.

