Bakı. Trend:
İngiltərə Premyer Liqasının 6-cı turunda “Liverpul” futbol klubu
səfərdə “Kristal Pelas”la qarşılaşıb.
Trend-in
məlumatına görə, “Selherst Park” stadionunda keçirilən oyunda
hesabı meydan sahibləri açıb – 9-cu dəqiqədə İsmayıla Sarr
fərqlənib.
87-ci dəqiqədə Federiko Kyesa bərabərliyi təmin etsə də, matçın
son dəqiqələrində üstünlük yenidən londonlulara qayıdıb. 90+7-ci
dəqiqədə Eddi Nketia komandasına qələbə qazandırıb – 2:1.
Bu nəticə “Liverpul” üçün cari mövsümdə ilk məğlubiyyət olub.
Mersisayd təmsilçisi 6 oyundan sonra 15 xal toplayıb. “Kristal
Pelas” isə 12 xalla turnir cədvəlində ikinci pillədə
qərarlaşıb.

