ABŞ-nin istədiyi 350 milyard dolları nağd ödəyə bilmirik – Cənubi Koreya Prezidentinin müşaviri

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya tariflərin azaldılması barədə əldə olunan
razılaşmaya əsasən ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 350
milyard dollarlıq sərmayəni birdəfəyə ödəyə bilmir və alternativ
həll yolu axtarır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidentinin
Milli Təhlükəsizlik üzrə müşaviri Vi Sunq-lak deyib.

İyul ayında müttəfiq liderlərin ABŞ tariflərini 25%-dən 15%-ə
endirmək üçün əldə etdiyi razılaşmadan sonra Cənubi Koreya
bildirmişdi ki, 350 milyard dollarlıq sərmayə nağd pul şəklində
deyil, kreditlər və səhmlər formasında qoyulacaq.




Tramp isə bu həftə verdiyi açıqlamada Cənubi Koreyanın bu
sərmayəni birdəfəlik ödəniş kimi təmin edəcəyini demişdi. Seul
hesab edir ki, bu şəkildə ödəniş Asiyanın dördüncü ən böyük
iqtisadiyyatını maliyyə böhranına sürükləyə bilər.

“Bizim mövqeyimiz sadəcə danışıqlardakı taktika deyil, bu,
reallıqda daşıya biləcəyimiz bir yük deyil. 350 milyard dolları
nağd ödəyə bilmərik”, – deyə Vi Sunq-lak bildirib.