Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
27-də Gəncə şəhər stadionunun aşılısında iştirak edib.

Trend xəbər
verir ki, dövlətimizin başçısına stadion barədə məlumat
verildi.

Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı
tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq
meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda
futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki
heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü
kateqoriya standartlarına uyğun inşa edilən arena müasir
işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə
təchiz olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü oktyabrında
stadionun tikintisi ilə bağlı sərəncam imzalayıb. Onun təməli isə
ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Bu
ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva stadionda aparılan tikinti işlərinin gedişi ilə tanış
olublar.

Beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu getdikcə
möhkəmləndirən Azərbaycanın bölgələrində bu sahənin inkişafı
dövlətimizin prioritet istiqamətlərindən biridir. Son illərdə
regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə
idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam
böyüməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan
müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev
sahibliyi etməklə, özünün yüksək təşkilatçılıq qabiliyyətini
nümayiş etdirir. Belə müasir idman arenalarının istifadəyə
verilməsi ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədə də
istər yerli, istərsə də beynəlxalq yarışların yüksək səviyyədə
keçirilməsinə hərtərəfli şərait yaradacaq.