
Füzuli.Trend:
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən
qəhrəman oğulların xatirəsi Füzuli rayonunda da anılır.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Vətən müharibəsindən sonra Füzuli
şəhərinə köçən füzulilər şəhidlərin xatirəsini yad etmək üçün Vətən
müharibəsində ilk azad olunan kəndlərdən olan Qaraxanbəyli
kəndindəki abidəni ziyarət edirlər.
Keçmiş məcburi köçkünlər bildiriblər ki, şəhidlərimizin
sayəsində uzun illər erməni tapdağı altında olan torpaqlar azad
edilib və bu gün onlar öz dədə baba yurduna qayıdıblar.

