Abşeronda anbarda güclü yanğın başlayıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi
barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
əraziyə cəlb olunub.




Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir.

Əlavə məlumat veriləcək.