“Mançester Siti” yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzaladı

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti” və Niko O’Rayli müqaviləni 5 il müddətinə
uzadıblar.

Trend xəbər verir ki, 20
yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə 2030-cu ilin yayına qədər
nəzərdə tutulub.




Cari Premyer Liqa mövsümündə O’Rayli “Mançester Siti”nin
heyətində 4 oyun keçirib. Ötən mövsümdə isə onun aktivində 9 oyunda
2 qol olub.