
Bakı. Trend:
“Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və
başqa diplomatik nümayəndəliklərinə ayrılan vəsaitlərin
istifadəsinə dair hesabatın verilməsi Qaydaları”
ləğv edilib.
Trend-in
məlumatına görə, bununla bağlı xarici işlər naziri Ceyhun Bayramov
müvafiq qərar imzalayıb.
Qərara əsasən, Hüquqi təminat idarəsinin rəisi H.Hüseynov bu
Qərarın üç iş günü müddətində Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilməsini təmin
edib.
Ləğv
edilən Qaydalarda bildirmişdi ki, Azərbaycan Respublikasının
xaricdə olan diplomatik nümayəndəlikləri ayrılan vəsaitlərin
istifadəsinə dair aylıq hesabatı növbəti ayın 10-na kimi, rüblük
hesabatı rüb başa çatdıqdan sonra 15 gündən gec olmayaraq, illik
hesabatı isə il başa çatdıqdan sonra 20 gündən gec olmayaraq Xarici
İşlər Nazirliyinə təqdim edirlər.
Məlumat üçün bildirək ki, qərar sentyabrın 18-də qəbul
edilib, sentyabrın 23-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilib, sentyabrın 24-də qüvvəyə minib.

