Niderland polisi Haaqada Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən iki yeniyetməni saxlayıb.
Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.
Yeniyetmələr Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin məlumatı əsasında saxlanılıb.
Məlumata görə, onlar barəsində artıq müvafiq qətimkan tədbiri seçilib: biri iki həftə həbsdə qalacaq, digəri ev dustaqlığına buraxılıb.
Yeniyetmələrdən birinin atası jurnalistlərə bildirib ki, onları haker hücumları üçün sifarişlər yerinə yetirməkdə şübhəli bilirlər.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

