Kreml: NATO ölkələrinin Rusiya təyyarələrini vurmağa hazır olması ilə bağlı bəyanatları məsuliyyətsizlikdir

Baş səhifə
Kreml: NATO ölkələrinin Rusiya təyyarələrini vurmağa hazır olması ilə bağlı bəyanatları məsuliyyətsizlikdir

Avropa ölkələri nümayəndələrinin Rusiya təyyarələrinin alyans üzvlərinin hava məkanına daxil olması halında NATO-nun onları vurmağa hazır olması barədə bəyanatları məsuliyyətsizlikdir.

“Report”un yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.