DİN-in şəxsi heyəti Anım günü ilə bağlı Zəfər parkını ziyarət ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Anım günü ilə bağlı Zəfər
parkını ziyarət ediblər.

Trend xəbər
verir ki, bu barədə nazirlik məlumat yayıb.




Heyət 44 günlük Vətən müharibəsində respublikanın ərazi
bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad
edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan
qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Həmçinin xatirə
daşının önünə gül dəstələri qoyublar.