lll MDB oyunları: Azərbaycanın qadınlardan ibarət stolüstü tennis komandası finala çıxıb

Baş səhifə
Fərdi

  • 26 sentyabr, 2025
  • 13:41
lll MDB oyunları: Azərbaycanın qadınlardan ibarət stolüstü tennis komandası finala çıxıb

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarına start verilib.

“Report” xəbər verir ki, ilk gündə

Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistan 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Komanda finalda Rusiya millisi ilə üz-üzə gələcək.

Bu gün Azərbaycanın kişilərdən ibarət millisi isə 1/4 finalda Özbəkistanla görüşəcək.

Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək.

Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.