Gələn il Ağdam-Xankəndi dəmir yolu hazır olacaq – ADY

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı
planlaşdırılır

Trend xəbər
verir ki, bu fikirləri ADY-nin sədr müşaviri Arif Ağayev
bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin əvvəlində Bakı-Balakən-Bakı
marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də
Bakı-Ağstafa-Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da
isə Bakı-Ağdam-Bakı xətti açılıb.




“Qeyd edim ki, Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi
rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və
ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək”.

A.Ağayev deyib ki, 2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi
dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal
Kompleksinin açılışı planlaşdırılır:

“Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da
dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu
xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma
işlərinin isə 67%-i yekunlaşıb”.