
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını
qarşılamaq üçün sentyabrın 27-də Bakı–Ağstafa, sentyabrın 28-də isə
Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata
keçirəcək.
Trend xəbər verir ki, bu
barədə ADY məlumat yayıb.
Məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə
ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil
olunur.
Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından,
ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə
bilərsiniz.

