Bakı. Trend:
Qantas şirkətinə məxsus təyyarə yanğınsöndürmə sistemindən gələn
yanlış siqnala görə Oklend hava limanına məcburi eniş edib.
Trend xəbər verir
ki, bu barədə “Radio New Zealand” məlumat yayıb.
Qantas QFA 141 saylı Sidney reysi Oklendə yaxınlaşarkən yük
anbarında yanğın xəbərdarlığı siqnalı alıb və qəza siqnalı verib.
Təcili enişdən sonra ekipaj Boeing 737-nin salonunda tüstü və yanma
iyinin olmadığını, hadisənin səbəbinin yanğın xəbərdarlığı
sisteminin çoxsaylı yanlış siqnalları olduğunu bildirib.
Oklend Hava Limanında yerüstü xidmətlər bütün təhlükəsizlik
tədbirlərini görüb, uçuş-enmə zolağını təmizləyib və
yanğınsöndürənlər ilə təcili yardım briqadalarının hazırlığını
təmin edib.

