Prezident İlham Əliyev: Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan yeni bir dövrə qədəm qoyub.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş
Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Biz həm müharibədə, həm də
sülhdə qələbə qazandıq. İşğala son qoyduq və bərpa işlərinə
başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh
de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa
hazırıq”.