Bakı. Trend:
Qazaxıstan alternativ marşrutlarla neft tədarüklərini artırmaqla
Rusiyadan asılılığı azaltmağa çalışır.
Trend xəbər verir
ki, bunu “Energy Intelligence Group” şirkətinin neft bazarları üzrə
iqtisadçısı Jülyen Matonyer Bakıda keçirilən “Xəzər və Mərkəzi
Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda
konfransda çıxışında deyib.
“Qazaxıstan Rusiyadan asılılığı azaltmaq üçün Xəzər dənizi
vasitəsilə tədarükləri artırır və şimal qonşusundan asılılığı
azaldacağına ümid edir”, – deyə o bildirib.
Ekspert vurğulayıb ki, regiondakı bütün ölkələrdə şaxələndirmə
müşahidə olunur.
“Qazaxıstanda məqsəd Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə
neft ixracını hazırkı təxminən 1,5 milyon tondan potensial 20
milyon tona çatdırmaqdır. Bu kanalda neft daşımalarını artırmaq
niyyəti var. Bu göstəricinin 2024-cü ildəki 1,4 milyon tondan
2025-ci ildə 1,7 milyon tona yüksələcəyi gözlənilir”, – deyə
Matonyer bildirib.

