Bakı. Trend:
2050-ci ilədək alternativ yanacaq növlərinin bunker bazarının 60
faizini təşkil edəcəyi proqnozlaşdırılır.
Trend xəbər verir
ki, bunu “Marine Bunker Exchange”-in (MABUX) icraçı direktoru
Sergey İvanov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft
emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda
çıxışında söyləyib.
Onun sözlərinə görə, 2050-ci ilə qədər bunker bazarının
seqmentləşdirmə strukturu belə proqnozlaşdırılır: yüksək kükürdlü
mazut yanacağının (HSFO) payı 4 faiz təşkil edəcək, aşağı kükürdlü
dəniz qazoylu (MGO LS) isə təxminən 6 faiz olacaq.
Bundan əlavə, mayeləşdirilmiş təbii qazın (LNG) payı təxminən 15
faiz, aşağı kükürdlü mazutun (LSFO) payı isə eyni səviyyədə
proqnozlaşdırılır.
Ən böyük pay – təxminən 60 faiz – alternativ yanacaq növlərinə
aid olacaq və bu növlər 2050-ci ilə qədər bunker bazarının əsas
seqmenti kimi çıxış edəcək.

