“Qarabağ” – “Kopenhagen” oyununun biletləri satışa çıxarılıb

Baş səhifə
Futbol

  • 25 sentyabr, 2025
  • 15:03
Qarabağ - Kopenhagen oyununun biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununun biletləri satışa çıxarılıb.

“Report”un məlumatına görə, standar biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır.

Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə etmək mümkündür. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər. Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.