Carı ilin sentyabr ayının 24-də Azərbaycan Respublikası Baş
nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə
heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən
Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limana
baş çəkmişdir.
Nümayəndə heyəti limana baxış keçirmiş və onun infrastrukturu
ilə tanış olmuşdur. İranın Yol və Şəhərsalma nazirinin müavini Səid
Rəsuli liman haqqında geniş təqdimat vermiş və onun fəaliyyəti
haqqında ətraflı məlumat təqdim etmişdir. Görüş zamanı mümkün
əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılmışdır.
Bəndər Abbas şəhərinə səfər zamanı Baş nazirin müavini Şahin
Mustafayev ilə Hormuzqan Əyalətinin valisi Məhəmməd Aşouri Taziani
arasında görüş keçirilmiş və əməkdaşlıq imkanları ətrafında fikir
mübadiləsi aparılmışdır.

