
Bakı.Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Həsən Əliyev
küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən
Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin
tikintisini 35 % icra edib.
Trend xəbər
verir iki, bu barədə AAYDA məlumat yayıb.
Yol ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Bakı
şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”na uyğun olaraq inşa edilir.
Qeyd edilib ki, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi –
Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından
ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundan
əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da
layihəyə daxildir:
“Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və
ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası
nəzərdə tutulur:
- 1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu
506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386
m); - 2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu
363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289
m); - 3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu
307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5
m); - 4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu
894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6
m, çıxış hissəsi – 244,6 m)”
Məlumatda bildirilib ki, hazırda bütün tunellərdə və yeraltı
piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.
Yeraltı piyada keçidlərində icra vəziyyəti:
- 1-ci keçid (km 0+244) – 5%
- 2-ci keçid (km 1+328) – 78%
- 3-cü keçid (km 3+077) – 95%.
Layihə üzrə nəzərdə tutulmuş:
- 9 899 ədəd svay və jetdən – bu günədək 4 559 ədəd
- 3 400 metr rigeldən – 1 314 metr
- 1 346,53 metr istinad divarından – 431 metr inşa olunub.
“Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə
həyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya və
demobilizasiya işləri başa çatdırılıb.
Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi
istiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlə
davam etdirilir. Bu çərçivədə yerinə yetirilib:
- Torpaq işləri: 899 123,78 m³;
- Torpaq yatağı: 408 896,154 m³.
Layihə üzrə ümumi tikinti işlərinin faktiki icra vəziyyəti
təqribən 35% təşkil edir.
Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92%-i
üzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərinin
köçürülməsi işləri isə davam etdirilir və hazırda son
mərhələdədir”.

