Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 25-də Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri
ilə görüş keçirilib. Görüşün əvvəlində Vətən uğrunda canlarından
keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Vətən
müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən
video-film nümayiş etdirilib.

Trend xəbər verir ki, bu barədə BŞHİ məlumat
yayıb.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov qonaqları salamlayaraq bildirib ki, 5 il əvvəl sentyabrın
27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən
üzərində şanlı Qələbə qazandı. Prezident İlham Əliyevin dahi
sərkərdəliyi ilə son 200 il ərzində ilk dəfə olaraq müsəlman
dövləti düşmən üzərində qələbə qazanaraq öz torpaqlarını geri
qaytardı. Bu tarixi nailiyyət məhz ölkə başçısı İlham Əliyevin
şəxsiyyət faktoru sayəsində mümkün oldu.

Bildirildi ki, bu gün ölkəmizdə səhid ailələri və qazilərimiz
daima dövlət qayğısı ilə əhatə olunub. Ölkəmizin Birinci
Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və
qazilərin yanındadır və onların problemlərinin həlli istiqamətində
böyük işlər görür.




Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri
dinlənildi, onların müraciət və təklifləri nəzarətə götürüldü.

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev
və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara
göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını
bildiriblər.