Futbol
- 25 sentyabr, 2025
- 12:41
Luka Uilyams-Barnett
Luka Uilyams-Barnett İngiltərənin “Tottenhem” klubunun tarixində meydana çıxan 900-cü futbolçu olub.
“Report” xəbər verir ki, bu barədə London təmsilçisi məlumat yayıb.
16 yaşlı ingiltərəli hücumameyilli yarımmüdafiəçi buna “Donkaster”ə qalib gəldikləri Liqa Kubokunun 1/16 final oyununun 87-ci dəqiqəsində meydana çıxmaqla nail olub.
Qeyd edək ki, qarşılaşma “Tottenhem”in 3:0 hesablı qalibiyyəti ilə bitib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

