Moldovalı oliqarx Afinada saxlanılaraq Kişineuya gətirilib

Baş səhifə
Moldovalı oliqarx Afinada saxlanılaraq Kişineuya gətirilib

Moldovalı oliqarx və ölkənin Demokratik Partiyasının keçmiş sədri Vladimir Plaxotnyuk sentyabrın 25-də Yunanıstanın paytaxtı Afinada saxlanılaraq Kişineuya gətirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, onu Kişineuda 13 nömrəli həbsxanada təkadamlıq kameraya yerləşdiriblər.

V.Plaxotnyuk Afina hava limanında Dubaya uçmağa cəhd edərkən saxlanılıb. Onun üzərindən Moldovada, Rumıniyada, Rusiyada, Ukraynada, Bolqarıstanda, İraqda və Vanuatuda verilmiş müxtəlif adlarda 21 saxta sənəd tapılıb.

Hüquq-mühafizə orqanları onun yaxın silahdaşı və Moldova parlamentinin keçmiş deputatı Kostyantin Tsutsudan da Rumıniya və Bolqarıstanda rəsmiləşdirilmiş beş saxta pasport götürüblər.