
Bakı. Trend:
Qırğızıstanın VII çağırış Jogorku Keneşi özünün buraxılması
haqda qərarı qəbul edib.
Trend Qırğızıstan
parlamentinə istinadən xəbər verir ki, müvafiq qərar layihəsi
iclasda nəzərdən keçirilib.
Məsələ ilə bağlı çıxış edən deputat Ulan Primov bildirib ki,
təşəbbüs qrupuna 32 deputat daxil olub.
“Gələn il iki vacib hadisə – prezident və parlament seçkiləri
keçiriləcək. Onlar arasında müddət çox qısa olduğundan, təşəbbüs
qrupu parlamentə öz səlahiyyətlərini könüllü şəkildə siyasi
sistemin möhkəmləndirilməsi və ölkədə sabitliyin təmin edilməsi
naminə təhvil verməyi təklif edir”,- deyə o qeyd edib.
Səsvermənin nəticəsinə görə, təklif 84 deputat tərəfindən
dəstəklənib.


