Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş süni intellektin artıq sülh
və təhlükəsizliyə təsir etdiyini bildirib və gücdən istifadə
üzərində insan nəzarətini təmin etmək üçün qlobal tənzimləyici
çərçivə yaratmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə Antonio Quterreş BMT
Təhlükəsizlik Şurasının süni intellektlə bağlı iclasında deyib.
“Gəlin açıq deyək: bəşəriyyətin taleyini bir alqoritmin
ixtiyarına buraxmaq olmaz. İnsanlar ölüm-dirim qərarları vermək
səlahiyyətini həmişə əlində saxlamalıdırlar”, – deyə A.Quterreş
bildirib.
O, gələn ilə qədər “insan nəzarəti olmadan fəaliyyət göstərən
ölümcül avtonom silah sistemlərini” qadağan etmək üçün qanuni
qüvvəyə malik sənədi imzalamağa çağırıb və nüvə silahından istifadə
ilə bağlı istənilən qərarın “maşınların deyil, insanların
səlahiyyətində olduğunu” vurğulayıb.

