Lula da Silva BMT-nin Ukrayna nizamlanmasında daha fəal iştirakına çağırıb

Baş səhifə

Bakı. Trend:

BMT Ukraynanın nizamlanmasında daha mühüm rol oynamalı və
münaqişənin bütün tərəflərinin təhlükəsizlik maraqlarını nəzərə
almalıdır.

Trend-in
məlumatına görə, bu barədə Braziliya prezidenti Luis İnasiu Lula da
Silva bildirib.




“Lula da Silva (…) hər iki tərəfin təhlükəsizlik
narahatlıqlarını nəzərə alan sülh yolu ilə həllin axtarışında
BMT-nin daha çox iştirakına çağırıb”, – deyə Brazili prezidentinin
mətbuat xidməti Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenski ilə
görüşündə dair bildirib.

Lula da Silva, həmçinin bu görüşdə münaqişənin hərbi yolla
həllinin olmadığı fikrini bildirib. O, may ayında İstanbulda
başlayan tərəflər arasında birbaşa dialoqun tərəfdarı kimi çıxış
edib. O, Alyaska və Vaşinqtonda keçirilən son görüşləri də
dəstəkləyib.