Bakı. Trend:
Noyabrın 24-ü saat 14:10 radələrindən etibarən zəhərlənmə
şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın
cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım
şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən
bildirilib.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və
hər birinə zəruri tibbi yardım göstərilib.
14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının
müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi
Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli)
Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.
Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.

