Bakıda orta aylıq əməkhaqqı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin
orta aylıq nominal əməkhaqqı 1376,3 manat təşkil edib.

Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər
verir.




Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6
faiz çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu
işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə
nisbətən 9,5% artaraq 1098,1 manat təşkil edib.