
Bakı. Trend:
Mərkəzi Asiya və Qafqaz ali təhsil və tədqiqatların qlobal
mərkəzinə çevrilməkdədir.
Trend xəbər verir
ki, bunu “Times Higher Education”ın beynəlxalq məsələlər üzrə baş
direktoru Fil Beti Bakıda keçirilən Avrasiya Universitetləri
Sammiti çərçivəsində deyib.
O qeyd edib ki, coğrafi baxımdan bu region dünyanın mərkəzində
yerləşir və Şərq ilə Qərb, Asiya ilə Avropa arasında körpü rolunu
oynayır.
F. Beti Mərkəzi Asiya və Qafqazda ali təhsilin sürətlə inkişaf
etdiyini vurğulayaraq, regionun qlobal tədqiqatlar və innovasiyalar
üçün mühüm mərkəzə çevrildiyini bildirib.
Təşkilat nümayəndəsi tələbə sayının artımını, universitet
filiallarının yaradılmasını və regional ali təhsil müəssisələrinin
qlobal reytinqlərdə təmsilçiliyinin yüksəlməsini qeyd edib.
“Bununla yanaşı, Azərbaycan beynəlxalq reytinqlərə daxil olmuş
universitetlərin sayı və yüksək keyfiyyət standartları baxımından
liderdir”, – deyə o bildirib.

