Beynəlxalq forumlar Azərbaycan universitetləri üçün yeni imkanlar açır – Ülkər Səttarova

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq forumlar Azərbaycan universitetləri üçün təmasları
genişləndirməyə və birgə elmi layihələri inkişaf etdirməyə imkan
verən yeni perspektivlər açır.

Trend xəbər verir
ki, bunu Avrasiya universitetlərinin sammiti çərçivəsində
jurnalistlərə verdiyi açıqlamada Elm və Ali təhsil üzrə Dövlət
Agentliyinin direktoru Ülkər Səttarova.




“Bu təmaslar artıq mövcuddur və sammitin tədbirləri çərçivəsində
əlavə olaraq möhkəmləndiriləcəklər”, -deyə o bildirib.

Direktor vurğulayıb ki, sammit çərçivəsində universitet
rəhbərləri və onların əməkdaşları peşəkar əlaqələri genişləndirə
bilirlər: “Bu, birgə elmi nəşrlərin və layihələrin yaranmasına,
həmçinin xarici tələbə və müəllim mübadiləsinin artmasına töhfə
verir”.