Laçın. Trend:
Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə
etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin
xəritə-sxemi hazırlanıb.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər
nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi
qrupunun növbəti iclasında deyib.
O qeyd edib ki, məsələ ilə bağlı işlər Azərbaycan Respublikası
Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə
razılaşdırılıb:
“Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam
etdirilir. Artıq Azərbaycan Respublikası Prezidentinin aidiyyəti
xüsusi nümayəndəlikləri ilə xəritə-sxem üzərində bəzi məqamlar
razılaşdırılıb”.

