Qarabağda bütün əraziləri əhatə edən müəyyən müəssisələr yaradılmalıdır – Məsim Məmmədov

Baş səhifə

Laçın. Trend:

Qarabağda bütün əraziləri əhatə edən müəyyən müəssisələr
yaradılmalıdır.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Laçın
rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov Ekoloji məsələlər
üzrə İşçi qrupunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, artıq prespektiv addımlar atılmalıdır:




“Bunlardan biri məişət və tikinti tullantılarının poliqonu
məsələsidir. Gələcək üçün bütün ərazilər üzrə mobil əraziləri əhatə
edən tullantıları idarə edən müəssisələr yaxud sxemlər
yaradılmalıdır.

Bəzi şirkətlər yenidənqurma işləri apararkən təbiətə ziyan
vururlar. Yamaclarda yerləşən şirkətlər yerləşdikləri ərazini
qorumur. Əksinə yararsız vəziyyətə salıb. Bunun bərpası isə uzun
zaman tələb edir”.