Azərbaycanda asfalt və beton istehsalının həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 51,6 min ton asfalt
istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə
asfalt istehsalı 5,9 min ton və ya 10,3% azalıb.




Eyni zamanda cari ilin yanvar-avqust aylarında Azərbaycanda 2,9
milyon ton beton istehsal edilib. Bu isə 2024-cü ilin eyni
aylarındakı göstərici ilə müqayisədə 262 min ton və ya 8,2%
azdır.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı
sahəsində 2025-сi ilin yanvar-avqust aylarında istehsalın ümumi
dəyəri 911,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 4,2% azalıb.