
Elxan Bədəlov
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
“Report” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yaşayış binasının zirzəmisindən 22-ci mərtəbəsinə kimi şaxta boyu elektrik naqilləri yanıb:
“Yanğın məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğınsöndürmə işləri zamanı binanın 12-si azyaşlı olmaqla 44 sakini təxliyə edilib. Eyni zamanda hadisə zamanı 4 nəfər təcili-tibbi yardıma zəhərlənmə barədə müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib. Yanğının başvermə səbəbləri araşdırılır. Hadisə qısaqapanma nəticəsində vaş verib. Digər mənzillər yanğından mühafizə olunub”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

