Rusiya bu il üç dəfə Norveçin hava məkanına daxil olub

Baş səhifə
Rusiya bu il üç dəfə Norveçin hava məkanına daxil olub

Rusiya bu il üç dəfə Norveçin hava sərhədlərini pozub.

“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Norveçin Baş naziri Yonas Qar Störenin Norveç hökumətinin saytında dərc edilən bəyanatında deyilir.

“Aprelin 25-də, iyulun 24-də və avqustun 18-də Rusiya üç dəfə Norveç hava məkanına daxil olub. Bunun qəsdən, yoxsa naviqasiya səhvləri səbəbindən edildiyini müəyyənləşdirə bilmirik”, – bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Norveç hökuməti baş verənləri qəbuledilməz hesab edir və bu barədə Rusiya tərəfi məlumatlandırılıb.