SOCAR və İtaliyanın neft şirkəti arasında səhmlərin alqı-satqısı barədə saziş imzalanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Italiana Petroli
S.p.A” və “MIP S.p.A” arasında səhmlərin alqı-satqısı üzrə
üçtərəfli saziş imzalanıb.

Trend xəbər verir
ki, bu, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunun ikinci günü çərçivəsində baş tutub.




Sazişə SOCAR prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”
şirkətinin İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imza
atıblar.

Bu razılaşma Azərbaycanın enerji sektorunda beynəlxalq
əməkdaşlığın dərinləşməsi və SOCAR-ın strateji tərəfdaşlıqlarının
genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.