Azərbaycan və Ermənistan XİN başçıları Nyu-Yorkda görüşüblər

Baş səhifə

Bakı. Trend:

22 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının
xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş
Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazilriyindən məlumat
verilib.

Bildirilib ki, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh
Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin
irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi
aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.