Ukraynadakı müharibə tezliklə bitməyəcək – Ərdoğan

Baş səhifə

“Ukraynadakı müharibə tezliklə bitməyəcək. Bu yaxşı xəbər deyil”.

Modern.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fox News”a müsahibəsində bildirib.

“Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmıram”, – o deyib.

Ərdoğan həmçinin əmindir ki, Avropa Ukraynaya həmişəlik iqtisadi yardım göstərə bilməyəcək və Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz.

“Ümid edirik ki, bu dəstək davam edəcək”, – prezident qeyd edib.