Bakı. Trend:
“Azərsilah”ın Şirvanda yerləşən zavodunda istehsalat prosesi
zamanı bir əməkdaş xəsarət alıb.
Bu barədə Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, ötən gün səhər saatlarında Nazirliyin tabeliyində
olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin Şirvan
şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı
baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb.
Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi
yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılıb və
peşəkar tibbi xidmət alıb.
Qeyd edilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir.

